"Xaliq Faiqoğlu"da sürücü işləmək istəyənlərin NƏZƏRİNƏ

"Xaliq Faiqoğlu" şirkətində ənənəvi olaraq hər həftənin şənbə günü şirkətin əsas istehsalat bazası olan Yasamal Təmir Mərkəzində sürücülərin işə qəbul komissiyasının toplantısı həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, komissiyanın iclasında sürücü vəzifəsi üçün müraciət edən şəxslərin sənədləri araşdırılır, onların bilik və bacarıqları yoxlanılır.
Şirkətimizə sürücü kimi işə düzəlmək istəyən şəxslər qarşısında aşağıdakı tələblər qoyulur:
1) qanunla müəyyən edilmiş yaş həddi;
2) müraciət etmiş şəxsin D və ya DE sürücülük kateqoriyasının olması;
3) şəhərdaxili sərnişindaşımada minimum 3 il iş təcrübəsinin olması;
4) müraciət etmiş şəxsin bir çox parametrlər üzrə narko-test müayinəsindən keçməsi barədə arayış təqim etməsi;
5) məhkumluğun olmaması barədə arayışın olması;
6) tibbi arayış formasının (083 saylı forma) olması;
7) Bakı Nəqliyyat Agentliyinin Sürücü-təlim mərkəzində təlim keçməsi barədə sertifikatı və ya sürətini təqdim etməsi.
2019-cu ilin ilk 5 ayı ərzində şirkətə 210 nəfər sürücü kimi işə düzəlmək üçün müraciət etmişdir ki, həmin şəxslərdən 80 nəfərə kriteriyalara uyğun olduğu üçün müsbət cavab verilib. Vakansiyalar olduğu zaman növbəlilik prinsipi əsasında həmin şəxslər 15 gün sınaq müddəti təyin edilməklə işə cəlb edilirlər. Onlara şirkətin daxili qaydaları, şəhər nəqliyyatındakı iş prinsipləri və son yeniliklər ətraflı izah edilir.
Nəzərinizə çatdıraq ki, müsbət cavab amış şəxslərin məlumatları İnsan Resursları Departamenti tərəfindən ehtiyat sürücü bazasına toplanır və ehtiyac olduğu təqdirdə onlarla əlaqə saxlanılaraq işə dəvət edilirlər. Hazırda şirkətin ehtiyat sürücü bazasında 200-nəfərə yaxın sürücünün şəxsi məlumatları toplanıb.
Qeyd edək ki, "Xaliq Faiqoğlu" şirkətinin sürücü qəbul komissiyasının tərkibi adiyyati şöbələrin əməkdaşlarından ibarət olan 7 nəfərdən təşkil edilib. Sürücü namizədin işə qəbulu komissiya üzvlərinin yekun qiymətləndirmə nəticəsi ilə müəyyən edilir.
Yuxarıda qeyd edilən kriteriyalara cavab verən şəxslər [email protected] e-mail ünvanına öz cv-lərini göndərərək iş üçün müraciət edə bilərlər.













