"Xalqlar Dostluğu" metrostansiyasında qatarların hərəkətində problem yaranıb

Metronun "Xalqlar Dostluğu" stansiyasında qatarların hərəkətində problem yaranıb. Bu səhər saat 8 radələrində "Həzi Aslanov"- "İçəri Şəhər" İstiqamətində hərəkət edən qatarda texniki nasazlıq yaranıb. Avtosfer.az xəbər verir ki, faktı "Report"a təsdiq edən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, hazırda hərəkət bərpa edilib: "Qatarda baş verən texniki nasazlıq nəticəsində təxminən 8 dəqiqəlik fasilə yaranıb. İki qatar arasında olan intervalı da nəzərə alsaq bu 12-14 dəqiqəlik fasilə deməkdir. Texniki nasazlıq baş verən qatar stansiyada sərnişinləri boşaldıb və depoya yola salınıb. Onun yerinı isə xəttə əlavə qatar verilib. Hazırda qatarların hərəkəti bərpa edilib. Amma qrafikin tam normaya düşməsi üçün müəyyən qədər vaxt lazımdır".
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS












