Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır

Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır.
Bu barədə Avtosfer.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, Xankəndi şəhərində müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində ardıcıl işlər aparılır. Bu çərçivədə şəhərin ictimai nəqliyyat şəbəkəsi planı hazırlanıb və yeni marşrut şəbəkəsi üzrə marşrutlar artıq istifadəyə verilir.
"Yeni marşrut şəbəkəsi şəhərin bütün vacib nöqtələrini birləşdirərək sakinlər üçün fasiləsiz və keyfiyyətli nəqliyyat xidmətini təmin edəcək", - deyə məlumatda vurğulanıb.
Qeyd edilib ki, Xankəndidə fəaliyyət göstərəcək şəhərdaxili avtobus marşrutları aşağıdakılardır:
- 1 nömrəli avtobus "Qarabağ Universitetinin Klinikası - Xankəndi Tikiş Fabriki";
- 2 nömrəli avtobus "Kərkicahan qəsəbəsi - Dəmiryol və Avtovağzal kompleksi";
- 3 nömrəli avtobus isə "Qarabağ Universitetinin Klinikası – 1-ci dairə marşrutları üzrə hərəkət edəcək.
Marşrut xətləriboyu ümumilikdə 62 ünvanda dayanacaq məntəqələri müəyyən edilib və müvafiq nişanla təchiz olunub.
Sözügedən marşrutlar üzrə sərnişindaşımalar "BakuBus" MMC-yə məxsus ekoloji təmiz elektrik avtobuslarla həyata keçiriləcək. Xankəndidə əhalinin bugünkü tələbatını nəzərə alaraq ilkin mərhələdə ümumilikdə 10 nəqliyyat vasitəsi 14-15 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərəcək.
Avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək. Bunun üçün nəqliyyat vasitələrində müvafiq avadanlıqlar quraşdırılıb. Sərnişinlər ödənişlərini fiziki "BakıKart", QR-bilet , eləcə də NFC texnologiyası vasitəsilə istənilən bank kartı və mobil ödəniş sistemləri ("Google Pay" və "Apple Pay") ilə həyata keçirə bilərlər. Fiziki kartların balansını Xankəndi şəhərində mövcud olan ödəniş terminalları vasitəsilə artırmaq mümkündür.
Qeyd edək ki, avtobusların hərəkətinə AYNA-nın monitorinq mərkəzi vasitəsilə real vaxt rejimdə nəzarət ediləcək.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











