Xarici valyutanın qanunsuz yolla çıxarılmasının qarşısı alınıb - FOTO

Dövlət Gömrük Komitəsinin əməkdaşları xarici valyutanıN qanunsuz yolla ölkədən aparılmasının qarşısını alıblar. Komitədən Avtosfer.az-a verilən məlumata görə, DGK-nın Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən "Berkarar" Ro-Ro tipli gəmi vasitəsilə Türkmənistana getmək istəyən "Toyota Hilux" markalı nəqliyyat vasitəsinin sürücüsü və sərnişini Beynəlxalq Dəniz Ticarət Limanının Bakı terminalının ərazisində yerləşən gömrük postuna daxil olublar.
Gömrük sərhədini keçən zaman onlar üzərilərində 9 700 ABŞ dolları və 8 500 ABŞ dolları məbləğində valyutanı şifahi formada bəyan ediblər və bu məbləğlərdən əlavə valyutanın olmadığını bildiriblər.
Lakin, hər iki vətəndaşın hərəkətləri şübhə yaratdığı üçün gömrük yoxlamasının keçirilməsi zərurəti yaranıb. Yoxlama zamanı "Toyota Hilux" markalı nəqliyyat vasitəsinin sükanından aşağıda, zavod istehsalı quruluşuna aid çıxıntılı hissəsinin gözlə görünməyən arxa tərəfində, aşkar edilməni çətinləşdirən üsuldan istifadə etməklə gizlədilən və gömrük orqanına bəyan edilməyən 9 600 ABŞ dolları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"













