Xəncərlə hədələyərək pul alan şəxslərin ibtidai istintaqı başa çatıb

Bakıda quldurluqda təqsirləndirilən Saleh Əliyev və Samir Muradovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Nərimanov rayon Polis idarəsinin 18-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakinləri olan 2 nəfər dekabrın 17-də saat 20 radələrində F.X.Xoyski küçəsində 2 naməlum şəxsin onları xəncərlə hədələyərək 130 manat pullarını aldıqlarını bildiriblər.
Daha sonra 18-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş S.Əliyev və Biləsuvar rayon sakini S.Muradov saxlanılıblar.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












