"Xətai" stansiyası vaxtından tez istifadəyə veriləcək

Metronun "Xətai" stansiyasında təmir işlərinin növbəti mərhələsi başa çatmaq üzrədir. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə özəl açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, stansiyada yeni eskalatorların quraşdırılması artıq yekunlaşmaq üzrədir: "Artıq eskalatorların son hissəsi quraşdırılır. Yaxın günlərdə bu proses başa çatacaq. Bundan sonra eskalatorların sazlanması və sınaq yoxlanışı həyata keçiriləcək".
B.Məmmədov bildirib ki, bununla paralel olaraq stansiyada digər təmir-tikinti işləri də davam etdirilir: "Stansiyanın bütün infrastrukturu yenilənir. Vestübildə kassa zalı olan hissədə döşəmə işləri aparılır. Təmir işlərində stansiyanın memarlıq üslubu qorunub saxlanacaq".
Qurum təmsilçisi deyib ki, "Xətai" stansiyasında işlər vaxtından əvvəl başa çatdırılacaq: "Biz stansiyanın təmirinin avqust ayında başa çatacağını bildirmişdik. Amma işlər sürətləndiyindən stansiyanı iyul ayında istifadəyə verməyi planlaşdırırıq".
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












