“Xətai” stansiyasının açılacağı tarix bəlli oldu

Bakı metrosunun “Xətai” stansiyasının istifadəyə veriləcəyi tarix açıqlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, təmirə dayandırılmış "Xətai" stansiyasında işlər artıq yekunlaşmaq üzrədir: “Stansiyada eskalatorların pillə zolaqlarının quraşdırılması sona çatıb. 18 parçadan ibarət eskalatorlar son olaraq sazlanma prosesi həyata keçirilir. Plandan kənar heç bir hadisə baş verməzsə, tədbirlər planına uyğun olaraq stansiyanın avqust ayının 10-da yenidən istifadəyə verilməsi planlaşdırılır”.
“Xətai” stansiyasının xarici görünüşü barədə danışan qurum rəsmisi mövcud mozaikanın təmir edildiyini də qeyd edib: “Stansiyanın platformasında da bir sıra təmir-bərpa işləri görülüb. Belə ki, Şah İsmayıl Xətai ilə bağlı mövcud mozaikanın bir qədər təmirə ehtiyacı olduğunu düşündük. Bu sahədə mütəxəssislər dəvət edilib. Mozaikanın peşəkar səviyyədə bərpası da yerinə yetirilib”.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












