Xətai və Nəsimidə avtomobillərdən oğurluq edənlər saxlanılıblar

Paytaxtın Xətai və Nəsimi rayonları ərazilərində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
DİN Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “VAZ-2107” və “Opel” markalı avtomobillərdən pul və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rəhim Ələkbərov saxlanılıb. Polis əməkdaşları tərəfindən onun törətdiyi digər analoji cinayət əməllərinin də üstü açılıb. Belə ki, saxlanılan şəxsin ayrı-ayrı vaxtlarda rayon ərazisində daha 5 avomobildən pul, məişət və geyim əşyaları oğurlaması da müəyyən edilib.
Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının avtomobillərdən oğurluq etdiyinə görə tutulmuş Füzuli rayon sakini Ramiz Məmmədovun ətrafında apardıqları əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 3 avtomobildən mobil telefon oğurlaması da müəyyən edilib.
Araşdırmalar aparılır.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










