Xəzər dənizində kruizlərin təşkil olunacaq vaxt açıqlanıb

"Xəzər dənizində təşkil olunacaq kruizlərin 2020-ci ildə başlanması gözlənilir". Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib. O bildirib ki, kruizlərin başlanması Rusiyanın təşəbbüsüdür və onları "Pyotr Velikiy" gəmisi ilə həyata keçirilməsi nəzərdə tutulur: "Onu Rusiyada hazırlayırlar. Rusiya Prezidenti Vladimir Putin Bakı səfəri çərçivəsində həmin məsələyə qayıtmış, Rusiyadakı tərəfdaşlardan tələb etmişdir ki, bu iş tezləşdirilsin".
O əlavə edib ki, Azərbaycan tərəfi Həştərxan quberniyasının Turizm Nazirliyi və müvafiq dəniz qurumları ilə danışıqlar aparır: "Azərbaycan həmin gəmi üçün artıq dayanacaq ayırıb. Xəzər dənizində kruizlərin 2020-ci ildə başlanması gözlənilir. Bu Xəzəryanı 5 dövləti əhatə edəcək. Azərbaycan turizminin inkişafı üçün böyük bir imkan var".
O qeyd edib ki, layihə tam olaraq Rusiyanın layihəsidir: "Azərbaycan və digər dövlətlər buna dəstək olurlar. Qiymətləri Rusiya tərəfi müəyyən edəcək. Əlbəttə ki, qiymətlər çox yuxarı olsa, biz öz təkliflərimizi verəcəyik ki, daha sərfəli olsun".
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS












