Xəzər dənizinin xəritəsində nəhəng qara ləkə yaranıb - FOTO

Xəzər dənizində sahəsi 82 kvadratkilometr olan ləkə peyda olub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Ostorojno, novosti" "Telegram" kanalına ekoloji təşkilatlara dəstək verən "Prozraçnıy mir" layihəsinin iştirakçıları məlumat veriblər.
Qeyd olunur ki, ləkə saat 05:43-də Sentinel-1A radiolokasiya görüntüsündə müşahidə edilib. O, neft və ya balıq tullantılarından ibarət ola bilər. Ləkənin dəqiq sahəsi 82,5 kvadratkilometr təşkil edir. O Port Kurık-Bakı gəmi xətti boyunca uzanır və Azərbaycan və Qazaxıstanın sektorlarını əhatə edir.
"Bu, artıq suda təsadüfi "çirkli zolaq" deyil, Xəzərin xəritəsindəki tam bir qara ləkədir", - layihə iştirakçısı bildirib.
Onlar narahatdırlar ki, bu cür emissiyalar davam edərsə, dəniz buna tab gətirməyəcək.

Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO












