Xəzər geri çəkilməyə davam edir - Yeni adalar böyüyür

Xəzər dənizi geri çəkilməyə davam edir.
Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Yeni delta 2026” kompleks dəniz elmi-coğrafi ekspedisiyasının apreldə başa çatan tədqiqatları bu faktı bir daha təsdiqləyib.
Məlumata görə, tədqiqatlar Volqa-Xəzər dəniz gəmiçilik kanalının və Xəzərin şimal hissəsinin akvatoriyalarında aparılıb.
Tədqiqatlar nəticəsində müəyyən olunub ki, Xəzər dənizində mövcud və yeni formalaşan adalar böyüməkdədir. Belə ki, Çistaya Banka adasının sahəsi 2019-cu illə müqayisədə iki dəfə artıb. Tbilisi dayazlığının yerində əmələ gələn ada isə ötən illə müqayisədə üç dəfə genişlənib.
Ekspedisiya iştirakçıları Xəzərin şimalında axının sürətini və istiqamətini ölçmək üzrə hidrofiziki işlər yerinə yetiriblər, laboratoriya şəraitində hidrokimyəvi göstəricilərin müəyyən edilməsi üçün nümunələr götürüblər.
“Hələlik bir şey aydındır - dənizin səviyyəsi düşməyə davam edir”, - ekspedisiyanın rəisi, Rusiya Okeanologiya İnstitutunun Xəzər filialının kiçik elmi işçisi İvan Yermakov bildirib.
Qeyd edək ki, ötən il Xəzərin şimalında aparılmış tədqiqatlar nəticəsində Srednyaya Jemçujnaya dayazlığında daha bir adanın əmələ gəldiyi müəyyən edilmişdi. Alimlər bu dayazlaşmanın regionun ekologiyasını qlobal dəyişikliklərlə təhdid etdiyi qənaətindədirlər.

Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO












