Xəzərdə yeni böyük quru ərazi üzə çıxa bilər

Hazırkı dövrdə Xəzər dənizi mürəkkəb ekoloji və hidroloji dəyişikliklərlə üzləşir. Son 30 ildə aparılan müşahidələr dəniz səviyyəsində əhəmiyyətli azalmanı göstərir ki, bu da sahilyanı ərazilərə və iqtisadi fəaliyyətlərə təsir göstərir. Avtosfer.az "Modern.az"a istinadən xəbər verir ki, bunu Su və meliorativ proseslərin modelləşdirilməsi sektorunun müdiri, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun Su və meliorativ proseslərin modelləşdirilməsi sektorunun müdiri Kəminə Ağayeva Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında - "Baku Water Week”də (Bakı Su Həftəsi) çıxışı zamanı deyib.
O bildirib ki, son 30 ildə Xəzər dənizində suyun səviyyəsi 2,5 metr, son 10 ildə 1,5 metr, son 5 ildə 0,93 metr azalıb, ümumilikdə isə hər il Xəzər dənizdə suyun səviyyəsi 20-30 sm azalır: "Xəzər dənizinin şimal hissəsi çox dayazdır (orta dərinlik 5-6 metr). Səviyyənin bu qədər enməsi həmin hissənin qismən və ya tam qurumasına səbəb ola bilər. Bu, nərə balıqları, suitilər və şimaldakı bataqlıq ekosistemləri üçün ciddi təhlükədir. Sosial baxımdan suyun geri çəkilməsi Volqa deltasına, balıqçılığa və sahilyanı kənd təsərrüfatına zərbə vurur".
"NASA-nın Qlobal Su Monitorinqin tərəfindən bir neçə peykdən toplanan radar altimetriya məlumatları əsasında aparılan hesablamalara əsasən 21-ci əsrin sonuna qədər Xəzər dənizinin səviyyəsi 9-18 metr enə bilər ki, bu da dənizin təxminən 1/4 sahəsini itirməsinə və 93 min kvadrat kilometr yeni quru ərazinin üzə çıxmasına səbəb olacaq. Yeni yaranacaq torpaqların çoxu Xəzərin şimal hissəsində formalaşacaq", - deyə K. Ağayeva qeyd edib.
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












