Xidməti maşınlarla bağlı qərar sərtləşir – İqtisadçı

İslahatların tərkib hissəsi kimi xidməti avtomobillərlə bağlı nəzarət güclənməlidir. Avtosfer.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, ölkə başçısı 17 yanvar 2019-cu ildə imzaladığı fərmanda Azərbaycanda bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi nəzərdə tutulur: “Aparılan islahatlar nəticəsində artıq avtomobillərin alınması ilə bağlı tenderlər sərtləşdiriləcək. Nazirliklər və dövlət idarələri əvvəllər özləri birbaşa daxili qərarlarla bu işləri görürdülərsə, indi təqdimatla bu işin görülməsi nəzərdə tutulur. Bu da alınan nəqliyyat vasitələrinin həm sayına, həm qiymətinə, həm də istismar müddətindəki xərclərinə təsir göstərəcək”.
İqtisadçı vurğulayıb ki, bu, kifayət qədər ciddi problemdir: “Çünki nazirliklərə və dövlət idarələrinə əvvəllər imkan verilirdi ki, daxili tenderlər vasitəsilə özləri istədikləri qədər avtomobil alsın, istədikləri kimi onun istismarı ilə bağlı xərclərini müəyyənləşdirsinlər. Bu da büdcə vəsaitinin qeyri-rasional xərclənməsinə səbəb olurdu. İlin sonuna qədər ola bilsin ki, ötən illərə nisbətən avtomobillərin alınmasında və istismarında ciddi qənaət edilsin. Çünki bu sahədə kifayət qədər qeyri-rasional və qeyri-effektiv xərcləmələr var”.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










