Xınalığa alternativ yol çəkilir - YEKUNLAŞACAĞI TARİX AÇIQLANDI

Səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Quba rayonunun Susay–Xınalıq avtomobil yolunda tikinti işləri bu ilin noyabr ayında yekunlaşacaq. Hazırda tikinti işləri rayonun Alpan kəndi ərazisində, Quruçay üzərində yeni körpülərin inşası ilə davam etdirilir.
Quba-Susay-Xınalıq avtomobil yolunun Quruçay çayı üzərindən keçən hissəsində hər birinin uzunluğu 60 metr olan iki körpü tikiləcək. Artıq birinci körpünün özülünün və sütunlarının tikintisinə başlanılıb. Körpülərin inşası 3 aya yekunlaşacaq.
Quba-Susay avtomobil yolunun davamı olaraq əlavə 30 kilometr uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi yerli əhalinin və turistlərin Xınalıq kəndinə alternativ yolla rahat gediş-gəlişinin təmin edəcək.
Təbii amillərin təsiri, qar uçqunları, torpaq sürüşmələrinin baş verməsi və iri qaya parçalarının yola tökülməsi ölkənin cəlbedici turizm marşrutlarından olan, 2007-ci ildə istifadəyə verilmiş Quba-Xınalıq avtomobil yolunun tez-tez bağlanmasına səbəb olur.
Layihəyə uyğun olaraq 53 kilometr uzunluğundakı Quba-Susay-Xınalıq avtomobil yoluna asfalt döşənəcək. Yolun hərəkət hissəsi 7 metr olmaqla, yol yatağının eni 11 metr təşkil edəcək.
Yolun 5 kilometrində asfaltlama işləri başa çatdırılıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












