Yağışa görə dəyən zərər 1 milyon manatı ötəcək

Mayın 17-də ölkə ərazisində qeydə alınan normadan artıq və intensiv yağışlar nəticəsində paytaxt Bakı da daxil olmaqla respublikanın bir çox bölgəsində baş vermiş sığorta hadisələri ilə bağlı 8 sığorta şirkətinə ümumilikdə 486 sığortalı müraciəti daxil olub.
Bu barədə Avtosfer.az-a Azərbaycan Sığortaçılar Assosiasiyasından məlumat verilib.
Bildirilib ki, bu müraciətlərin 96-sı "Daşınmaz əmlakın icbari sığortası" növü, 70-i "Kasko" ("Avtonəqliyyat vasitələrinin sığortası") sığorta növü, 32-si "Əmlakın yanğından və digər risklərdən sığortası" növü, 288-i isə "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.
Məlumata görə, qiymətləndirilmiş 377 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 704 min 721 manat həcmində müəyyənləşdirilib. Qalan 109 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir.
Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta tənzimlənməsinin həyata keçirilməsi nəzərdə tutulur.
Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 1 milyon manatı ötəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 79 %-i Bakı və Sumqayıt şəhərlərində, 21%-i isə respublikamızın digər bölgələrində qeydə alınıb.
Xatırladaq ki, mayın 17-də ölkə ərazisində qeydə alınan normadan artıq və intensiv yağışlar nəticəsində paytaxt Bakı da daxil olmaqla respublikamızın bir çox bölgəsində müxtəlif səpkili hadisələr baş verib.
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












