Yağışlı havada maşın sürərkən bunlara diqqət edin - EKSPERT

Yağışlı hava avtomobil idarə edənlər üçün bir sıra əlavə risklər yaradır. Belə havalarda yolların sürüşkənləşməsi, görünüş məsafəsinin azalması və əyləc məsafəsinin artması sürücülərdən daha diqqətli olmağı tələb edir.
Avtosfer.az xəbər verir ki, yağışlı havalarda sürücülərin yol verdiyi bəzi səhvlər qəza riskini əhəmiyyətli dərəcədə artıra bilər. Xüsusilə sürət həddinə və ara məsafəsinə əməl edilməməsi təhlükəli vəziyyətlərə səbəb olur. Bəs yağışlı havada sürücülərin ən çox yol verdiyi səhvlər hansılardır və bu səhvlər qəza riskini necə artırır?
Mövzu ilə bağlı qəza əleyhinə kurs məşqçisi Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında bildirib ki, yüngül çiskin yağış və ya güclü leysan da sürücülər üçün təhlükə yaradır:

"Bir çox sürücü güclü yağış zamanı daha ehtiyatlı davransa da, yağışın yeni başladığı vaxt təhlükəni nəzərə almır. Yağış yenicə yağmağa başlayanda asfaltın üzərindəki toz və digər xırda hissəciklər su ilə qarışaraq yol səthini sürüşkənləşdirir. Bu isə əyləc məsafəsinin əhəmiyyətli dərəcədə uzanmasına səbəb olur. Sürücü quru havada olduğu kimi əyləcdən istifadə etsə də, sürüşkən yol şəraitində avtomobil daha gec dayanır. Bu səbəbdən yüngül yağış zamanı da sürücülər daha diqqətli olmalı, avtomobilin sürətini icazə verilən həddən təxminən 10-20 km/saat aşağı salmalıdırlar. Güclü yağış zamanı isə başqa risklər meydana çıxır. Belə havada avtomobilin şüşələri dumanlana, yan güzgülərdə görünüş zəifləyə və sürücünün ümumi görmə sahəsi əhəmiyyətli dərəcədə azala bilər. Görünüşün zəiflədiyi belə şəraitdə sürücülər tez-tez manevr etməkdən və zolaq dəyişməkdən mümkün qədər çəkinməlidirlər. İmkan daxilində sabit trayektoriya üzrə hərəkət etmək daha təhlükəsizdir.
Hər iki halda sürətin azaldılması vacibdir. Yağışlı havada sürücülərin icazə verilən sürətdən təxminən 15-20 km/saat aşağı hərəkət etməsi tövsiyə olunur".
Fatimə
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ












