Yanacağın keyfiyyətinə nəzarəti sərtləşdirəcək

Gürcüstan hökuməti yanacağın keyfiyyətinə nəzarəti sərtləşdirməyi planlaşdırır. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze şəhər hökumətinin iclasında bildirib. Onun sözlərinə görə, nəzarətin gücləndirilməsində əsas məqsəd ölkəni aşağı keyfiyyətli dizel yanacağının idxalından qorumaqdır. K.Kaladze bu məsələ ilə bağlı ölkənin baş naziri ilə görüşlər keçirdiyini vurğulayıb: “Tbilisiyə gətirilən yeni avtobuslar “Avro 6” dizeli ilə işləyir. Bu cür avtobuslar yüksək keyfiyyətli yanacaq tələb edir. Bununla yanaşı, biz yanacağın keyfiyyətinə nəzarət etmək istiqamətində iş aparırıq. Birgə səylərlə biz yanacağın, xüsusən də dizelin keyfiyyətinə nəzarət edə biləcəyik. Aşağı keyfiyyətli dizel ekologiya üçün ciddi problemlər yaradır. Hökumətlə birgə biz bu məsələ ilə bağlı vacib qərar qəbul edəcəyik”.
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT












