Yanacaqdoldurma məntəqəsində soyğunçuluq edən şəxslər saxlanılıb

Goranboy Rayon Polis Şöbəsinə daxil olmuş müraciətdə fevralın 1-də saat 23 radələrində Dəliməmmədli şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində dövlət qeydiyyat nişanları olmayan “Subaru” markalı avtomobilin sürücüsünün oradakı operatoru aldadaraq 90 manatını aldığı bildirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla “Subaru” markalı avtomobilin sürücüsü, Tovuz rayon sakinləri, əvvəllər məhkum olunmuş R.Quliyev və sərnişini İ.Həsənovun avtomobilə 10 manat dəyərində yanacaq doldurub xırda pullarının olmamasını əsas gətirərək 100 manat verəcəyini bildirməklə operatordan soyğunçuluq yolu ilə 90 manat alaraq hadisə yerini tərk etmələri müəyyən edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən R.Quliyev və İ.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










