Yanğın zamanı 56 nəfər həlak olub

Banqladeşin paytaxtı Dakkada dördmərtəbəli yaşayış binasında baş verən güclü yanğın zamanı ölənlərin sayı 56 nəfərə çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Banqladeşin Yanğın əleyhinə Xidmətinin əməkdaşı Zülfüqar Rəhman bildirib. "İndiki vaxta qədər 56 cəsəd çıxarılıb. Say arta bilər, çünki axtarışlar hələ davam edir", - deyə o bildirib. Daha əvvəl hadisə zamanı 44 nəfərin həlak olduğu bildirilirdi.
***04:19
Banqladeşin paytaxtı Dakkada dördmərtəbəli yaşayış binasında yanğın zamanı azı 41 nəfər həlak olub. Bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb. Banqladeşin Yanğın əleyhinə Xidmətinin başçısı Əli Əhməd bildirib ki, ölənlərin sayı arta bilər. "İndiki vaxta qədər 41 cəsəd aşkarladıq. Həlak olanların sayı arta bilər", - deyə o bildirib. BDNews 24 portalının məlumatına görə, yanğın çərşənbə günü yerli vaxtla saat 22:30 radələrində baş verib. Bundan sonra alov daha dörd tikintiyə yayılıb. AFP qeyd edib ki, yanğının baş verdiyi yaşayış binası kimyəvi preparat anbarı kimi istifadə olunub. Daha əvvəl Banqladeşin Çittaqonq şəhərinin daxmalar yerləşən ərazisində baş vermiş yanğın nəticəsində azı 9 nəfər həyatını itirib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












