Yanğında 300-dən çox avtomobil yanıb

Hindistanda aviasiya şousunda baş vermiş güclü yanğın nəticəsində 300-dən çox avtomobil yanıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, aviasiya şousunun keçirildiyi Hindistanın cənubundakı Benqaluru şəhərinin yanğın mühafizə dəstəsinin məlumatında bildirilir ki, “şiddətli külək və quru ot alovların sürətlə ətrafa yayılmasına səbəb olub”. Rəsmi mənbələr ölən və yaralananlar barədə məlumat verməyiblər. “Aero India” adlanan şou hər il Hindistanın Müdafiə Nazirliyi tərəfindən təşkil olunur. Dünyanın ən böyük aviasiya şoularından biri olan builki tədbirin təşkilatçılarının güclü yanğın hadisəsindən məyus olduqları bildirilir. Bundan başqa, cümə axşamı – şounun ilk günündə Hindistan Hava Qüvvələrinin pilotunun səmada aerobatik hərəkətlər zamanı həlak olması və ikisinin də yaralanması ümumi əhval-ruhiyyəyə mənfi təsir göstərib.

“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA










