Yaponiya Orta Dəhlizin rəqəmsallaşdırılması layihəsinə qoşulur

Yaponiya hökuməti Orta Dəhliz istiqamətində yerləşən Aktau limanında gömrük xidmətlərinin rəqəmsallaşdırılmasına dəstəyini ifadə edib. Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bunu Astanada jurnalistlərə Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu Yaponiya Xarici İşlər Nazirliyinin rəhbəri Takeşi İvaya ilə görüşdən sonra deyib.
Onun sözlərinə görə, ölkələr arasında hava nəqliyyatının genişləndirilməsi çərçivəsində gələn ildən birbaşa Almatı-Tokio reysinin açılması da planlaşdırılır.
Baş nazirin müavini əlavə edib:
“Bundan başqa, nüvə energetikası, nüvə yanacağının istehsalı və ixracı, eləcə də nüvə təbabəti sahələrində əməkdaşlıq üçün böyük potensial var. Ölkəmiz yaşıl transformasiya və yüksək texnologiyalar üçün zəruri olan nadir və strateji əhəmiyyətli elementlərin zəngin ehtiyatlarına malikdir. Yaponiyada “yaşıl” texnologiyaların istehsalı üçün lazım olan 32 növ xammaldan 22-si məhz Qazaxıstanda hasil edilir”.
M.Nurtleu Yaponiya hökumətinə daşqından mühafizə sistemlərinin inkişafına yönəlmiş təmənnasız yardıma görə minnətdarlığını bildirib.
O vurğulayıb:
“Yaponiya Asiya regionunda bizim etibarlı strateji tərəfdaşımızdır. Eyni zamanda, ikitərəfli münasibətlərin əsasını təbii ki, iqtisadi-ticari əməkdaşlıq təşkil edir. “İqtisadi güc” kimi tanınan Yaponiya Qazaxıstanın ən böyük on investorları sırasındadır. Doğan Günəş ölkəsindən Qazaxıstan iqtisadiyyatına 9 milyard dollar birbaşa investisiya cəlb edilib”.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












