Yaponiya polisi xaricdən kiberhücumların artdığını təsdiqləyib

Yaponiya polisi 2018-ci il ərzində xaricdən haker hücumlarının əhəmiyyətli dərəcədə artdığını təsdiqləyib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu hücumların 20,8 faizi Rusiya ərazisindən qeydə alınıb. Ötən il gün ərzində akkauntlara və informasiyalara orta hesabla 2752,8 qeyri-leqal giriş və həmçinin kiberhücum baş verib. Bu, 2017-ci illə müqayisədə 859,8 ədəd çoxdur. Rusiyadan əlavə, həmin hücumların əsasən Çin (14,1 faiz) və ABŞ-dan (12,6 faiz) edildiyi bildirilir. Haker hücumları zamanı banklardakı hesablardan 461 milyon yen (4,1 milyon dollar) oğurlanıb. Həmin pulların köçürüldüyü hesabların 60 faizinin vyetnamlıların adı ilə əlaqəli olduğu qeyd edilir. Hakerlər tərəfindən oğurlanan kriptovalyutaların ümumi dəyəri isə 67,7 milyon yen (610 milyon dollar) təşkil edir. Polis tərəfindən 2018-ci ildə Yaponiyada ümumilikdə 169 dəfə kriptovalyuta oğurluğu qeydə alınıb. “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar Yaponiya hökuməti xüsusi əhəmiyyətə malik infrastruktur obyektlərinin kibertəhlükəsizliyinin təmin olunması üçün strateji plan hazırlayıb.
Xatırladaq ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












