Yaponiya səfiri "Khazar" Avtomobil Zavodunda olub - FOTO

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori Neftçala Sənaye Məhəlləsində "Khazar" Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olub.
İqtisadiyyat Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, səfirə məlumat verilib ki, "Khazar" Avtomobil Zavodu Sənaye Məhəlləsindəki ən böyük müəssisədir. Zavod ildə 10 min avtomobil istehsal etmək gücünə malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulmuş zavodda "Khazar", "AzSamand" və "Peugeot" avtomobil modelləri istehsal edilir. Artıq zavodda avtomat ötürücü qutusu ilə təchiz olunmuş “Peugeot Khazar” avtomobillərinin istehsalına da başlanılıb. “Khazar” Avtomobil Zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur.
Müəssisədə 200 nəfər işlə təmin edilib və istehsalın genişlənməsi ilə iş yerlərinin sayının 300-ə çatdırılması nəzərdə tutulur.
Ötən il zavodda 1000-dən çox avtomobil istehsal olunub. Bu avtomobillərin 95%-i artıq satılıb. "Khazar" avtomobilləri 2018-ci ilin avqust-sentyabr aylarında Moskvada keçirilən beynəlxalq avtomobil sərgisində nümayiş olunub və böyük maraqla qarşılanıb.
"Khazar" avtomobilləri “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac olunacaq.
Səfir Teruyuki Katori zavodun işini yüksək qiymətləndirib, istehsalın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Neftçala Sənaye Məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar sahibkarların istifadəsinə verilib. Sənaye Məhəlləsinin inzibati binasında müasir ofis sahələri, iclas otağı, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və sənaye məhəlləsinin idarəedici təşkilatının və sahibkarların istifadəsi üçün nəzərdə tutulan sahələr mövcuddur. Hazırda Neftçala Sənaye Məhəlləsində 10 müəssisə fəaliyyət göstərir. Sənaye Məhəlləsinin rezidentləri tərəfindən istehsal sahələrinin yaradılmasına 45 milyon manatdan çox investisiya yatırılıb, 500-ə yaxın iş yeri yaradılıb.
“Khazar” Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsinin rezidentidir.
Namiq
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə
Paytaxtın 17 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!














