Yaponiya zərbə təyyarələri yaratmağı planlaşdırır

Yaponiyanın hakimiyyət orqanları düşmənin radarlarını və rabitə sistemini sıradan çıxaracaq zərbə təyyarələri yaratmağı planlaşdırır. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə yanvarın 13-də “Yomiuri” qəzeti məlumat yayıb. Qəzetin Müdafiə Nazirliyindəki mənbələrə istinadla yaydığı məlumatda qeyd edilir ki, həmin avadanlığın hazırda Yaponiya özünümüdafiə qüvvələrinin hava və dəniz bölmələrində istismarda olan nəqliyyat və patrul təyyarələrində quraşdırılması nəzərdə tutulur.
“C2 təyyarəsi əsasında yaradılacaq yeni modelin 2027-ci maliyyə ilində istifadəyə verilməsi planlaşdırılır. F1 təyyarəsi əsasında yaradılması nəzərdə tutulan digər model üzərində isə işlər davam etdirilir”, - deyə qəzet yazır.
Bildirilir ki, elektron müharibə üçün Yaponiyada müvafiq vasitələr artıq var, lakin onlar müdafiə xarakterlidir. Onlardan biri kimi, düşmənin artıq buraxılmış ballistik raketlərinin idaretmə sistemini sıradan çıxaran avadanlığı xatırladır. “Yeni təyyarələrin məqsədi isə əsasən, Çin və Rusiya tərəfindən artmaqda olan elektron müharibə imkanlarının məhdudlaşdırılmasıdır”, - deyə qəzet yazır.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










