Yardımlıda torpaq sürüşməsi olub, yol çöküb

Yardımlı rayonunda torpaq sürüşməsi qeydə alınıb. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, yeni çəkilmiş Cəlilabad-Yardımlı avtomobil yolunun Yardımlı rayonundan keçən bəzi hissələrində torpaq sürüşməsinin təsirindən ərazidə çökmələr olub.
Təpəlik ərazilərdə yol yatağının iri torpaq layları ilə birlikdə sürüşməsi nəticəsində avtomobil yolunda bəzi hissələr çöküb. Əvvəl kiçik çatlarla müşahidə olunan sürüşmə yağıntılardan sonra kəskin şəkildə artmağa başlayıb. Ən təhlükəli vəziyyət Yardımlının Çanaqbulaq, Ərsilə və Arus kəndlərində müşahidə olunur. Asfalt qatının çökməsi nəticəsində yolun hərəkət hissəsi 1 metr enində qısalıb. Bu isə avtomobillərin hər iki istiqamətdə hərəkətini çətinləşdirir.
“Azəryolservis” ASC-dən bildirilib ki, yaxın günlərdə Cəlilabad-Yardımlı avtomobil yolunun qalan hissəsinin yenidən qurulmasına başlanılacaq. Bu zaman sürüşməyə məruz qalmış hissələrin də təmiri həyata keçiriləcək.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












