Yasamalda ölümlə nəticələnən yol qəzası ilə bağlı məhkəmə başlayır

Yasamal rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vidadi Rüstəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Hakim Hüseyn Səfərovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Hadisə bu ilin may ayında Bakı-Sumqayıt şossesinin Yasamal rayonu ərazisinə düşən hissəsində baş verib.
Nəticədə avtomobildə olan sərnişin - 1978-ci il təvəllüdlü Məmmədov Xəyyam Haqverdi oğlu hadisə yerində dünyasını dəyişib, digər sərnişinlər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qeyd edək ki, hər üç şəxs Rusiyadan Bakıya gəlirmiş.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











