Yasamalda sökülən ərazilərdə bəzi evlərin memarlıq üslubu necə fərqlənir? - FOTO

Bakının Yasamal rayonunda son günlər aparılan söküntü işləri ilə əlaqədar bir sıra önəmli faktlar ortaya çııb.
Avtosfer.az xəbər verir ki, rayonun keçmiş “Sovetski” adlanan ərazisində söküntü aparılarkən diqqət çəkən bəzi binalar və onların üzərindəki arnamentlər müzakirələrə səbəb olub.
Xüsusən də “Bayırşəhər” adlanan ərazidəki məhəllələrdə sökülən evlərin bir-birinə bənzərliyi ilə yanaşı fərdiliyi də özünü göstərib.

Bayırşəhərin yuxarı (amfiteatr) hissəsindəki məhəllələr təkcə dar küçələri, dalanları və həyət evləri ilə deyil, həm də sosial kontrastları ilə seçilirdi.
Tarixən burada kasıb, ortasəviyyəli və varlı ailələr eyni küçələrdə, eyni məhəllələrdə yanaşı yaşayırdılar. Sosial təbəqələr arasında sərt məkan bölgüsü yox idi.
Fotodakı mənzərə həmin kontrastın maraqlı nümunəsidir: ortada memarlıq baxımından iddialı, "aristokratik" görünüşlü ikimərtəbəli mülkün hər iki tərəfində yerləşən sadə evlər diqqətçəkən təzad yaradır.
Belə nümunələrə Bayırşəhərin yuxarı məhəllələrində tez-tez rast gəlmək mümkündür. Məhz bu müxtəliflik yuxarı məhəllələrin şəhər mühitinə özünəməxsus xarakter verirdi. Vətəndaşlar uzun müddətdir aidiyyəti qurumlara təklif edirdi ki, sökülən adi, görünüşü diqqət çəkməyən evlər bir yana, xüsusi tərzdə tikilən evlər sökülməkdənsə, əvvəlki görünüşünün bərpasına çalışmaq daha uğurlu seçim olar.
Səfər
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












