Yasamalın polis rəisi tibb mərkəzi ilə bağlı məhkəməyə müraciət edib

Yasamal Rayon Dövlət Yol Polisi İdarəsi "Astoriya Tibb Mərkəzi" barədə inzibati protokol tərtib edib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, buna "Astoriya Tibb Mərkəzi"nin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı müvafiq quruma verməməsi səbəb olub. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi isə "Astoriya Tibb Mərkəzi" MMC-yə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarıb. Yasamal Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cəmil Əmirov bu qərardan apelyasiya şikayəti verib. Şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Qeyd edək ki, İXM-in 347-ci madəsinə görə, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər isə üç yüz manat məbləğində cərimə edilir.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











