Yaşlı sürücülərə yeni sürücülük vəsiqəsi veriləcək

Yaponiyada 75 yaşından böyük sürücülərə xüsusi sürücülük vəsiqəsi veriləcək. Avtosfer.az sputnik-ə istinadən xəbər verir ki, sənəd sadəcə müxtəlif elektron yardımçıları olan avtomobillərə şamil ediləcək. Məlumata görə, qərarın verilməsinə yaşlı sürücülər tərəfindən törədilən yol hadisələrinin artması səbəb olub. Çünki bəzən yaşlı sürücülər ya hadisələrə gec reaksiya verir, ya da ələclə qazın yerini səhv salır. Əvvəlcə bu lisenziyaların ənənəvi vəsiqələrin əvəzinə verilməsi planlaşdırılır. Bununla yanaşı, hökumət avtomobil şirkətləri ilə ucuz avtomobillərdə elektron "köməkçilər" tətbiq edilməsi barədə məsləhətləşmələr aparmağı düşünür. Yaşlı sürücülər hazırda yüksək məbləğdə sığorta ödəmələri edir. Qanun qüvvəyə mindikdən sonra bu ödəmələr 10 faizə qədər azalacaq. Bu da insanları yeni sənədlərə keçməyə həvəsləndirəcək. Xatırladaq ki, 2018-ci ilin nəticələrinə görə, Yaponiyada yol qəzalarında 3,5 min insan ölüb. Yol qəzalarına daha çox 65 yaşından yuxarı sürücülər səbəb olub.
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS












