Yaxın vaxtlarda sərhədlərin delimitasiyası aparılacaq - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Berdavan kəndində seçkiqabağı təşviqat zamanı yaxın vaxtlarda sərhədlərin delimitasiyasının aparılacağını bildirib.
Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Paşinyanın sözlərinə görə, delimitasiya nəticəsində Sovet İttifaqı dövründə mövcud olmuş sərhəd xətti bərpa ediləcək.
“Sülh Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini tanıması əsasında qurulub. Bu o deməkdir ki, sərhəd Sovet Ermənistanında necə olubsa, elə də olacaq. Delimitasiya şimaldan başlayacaq və İran sərhədinədək davam edəcək. TRIPP layihəsini həyata keçirməyə başlayacağımız ərazilərdə sərhədləri qısa hissələr üzrə delimitasiya edəcəyik. Digər sahələr üzrə isə oturub işləməliyik”, – deyə o bildirib.
Paşinyan qeyd edib ki, Berdavanda belə bir problem yoxdur, lakin bu məsələ Artsvaşenlə bağlı mövcuddur.
Ermənistan Baş naziri əlavə edib ki, delimitasiya məsələsi ilə bağlı öz baxışı var və hesab edir ki, Azərbaycanın yanaşması da eynidir.
“Mənim yanaşmam ondan ibarətdir ki, məsələ indi elə həll olunmalıdır ki, 10, 20, 30, 50 və ya 100 ildən sonra bir ağac və ya bir kol üstündə münaqişə yenidən alovlanmasın”, – deyə Paşinyan vurğulayıb.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












