Yaz küləyi immuniteti zəif olan insanlar üçün TƏHLÜKƏLİDİR

Yaz küləkləri sağlamlıq üçün gizli təhlükə yarada, baş ağrısı və allergiyaya səbəb ola bilər.
Avtosfer.az "bizim.media"ya istinadən xəbər verir ki, bunu terapevt Oksana Pivovarova “NEWS.ru”ya müsahibəsində bildirib.
Terapevtin sözlərinə görə, yazda küləkli hava tez-tez temperaturun kəskin dəyişməsi ilə müşayiət olunur ki, bu da immuniteti zəif olan insanlar üçün xüsusilə təhlükəlidir.
“Yaz küləyi bir neçə səbəbdən təhlükəli ola bilər. Çox vaxt temperaturun qəfil dəyişməsi ilə müşayiət olunur ki, bu da sağlamlığa mənfi təsir göstərə bilər, xüsusən də immuniteti zəif və ya xroniki xəstəlikləri olan insanlarda özünü biruzə verir. Bəzi insanlar üçün küləkli hava baş ağrısı, miqren və ya digər xroniki xəstəliklərin şiddətlənməsinə səbəb olur. Yazda külək bitki polenini daşıyır, bu da həssas insanlarda allergik reaksiyalar yaradır”, - Pivovarova qeyd edib.
Həkim əlavə edib ki, külək həssas dərili insanların orqanizmində stressi artıra bilər. O, riskləri minimuma endirmək üçün hava şəraitinə uyğun paltar seçməyi məsləhət görüb.
“Külək dərinizi quruda, qıcıqlanmaya və çatlamaya səbəb ola bilər, xüsusən də temperatur aşağı olan zaman... Küləkli havada diqqətli olmaq və hava şəraitinə uyğun geyinmək vacibdir”, - deyə Pivovarova fikirlərini yekunlaşdırıb.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












