Yazova hökm oxuyan litvalı hakimlərə Rusiyada cinayət işi açılıb

Litvadakı 1991-ci il hadisələrinə görə SSRİ-nin keçmiş müdafiə naziri Dmitri Yazovu 10 il azadlıqdan məhrum edən Vilnüs Dairə Məhkəməsinin hakimləri barədə Rusiyada cinayət işi açılıb. Avtosfer.az-ın ONA-ya istinadən xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko açıqlama verib.
Onun sözlərinə görə, Vilnüs Dairə Məhkəməsinin hakimləri Aynora Matsyaviçen, Ayva Suvilen, Virginiya Tamoşyunayte və Arturas Şumskasa qarşı Rusiya Cinayət Məcəlləsinin öncədən ədalətsiz qərarın çıxarılması maddəsi ilə cinayət işi qaldırılıb: “SSRİ Silahlı Qüvvələrinin, hüquq-mühafizə orqanları əməkdaşlarının və Sov.İKP üzvlərinin cinayət təqibi beynəlxalq hüquq normalarının və cinayət prosesinin prinsiplərinin pozulması ilə aparılıb. Vilnüs hadisələrində evlərin damlarından dinc əhaliyə atəş açan üçüncü tərəf də olub və bu, hakimlərə bəlli idi”.
Qeyd edək ki, 1991-ci il yanvarın 11-dən 13-nə kimi Litvanın paytaxtı Vilnüsdə sovet qoşunları Litvada müstəqillik tələb edən dinc nümayişçilərə qarşı qırğın həyata keçirib. Nəticədə 14 nəfər həlak olub, 600-ə qədər adam isə yaralanıb.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakıda dinc əhaliyə qarşı qətliam törədib. Hadisədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
Dmitri Yazov 1987-ci ildən 1991-dək SSRİ-nin sonuncu müdafiə naziri olub. O, hazırda Rusiyada yaşayır.
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT










