Yeddi ölkədən silah alırıq - Nikol Paşinyan

“Ordunun yeganə vəzifəsi Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini qorumaqdır”. Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, bunu mayın 28-də İrəvanda Respublika Günü ilə bağlı keçirilən hərbi paradda çıxış edən baş nazir Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, Ermənistan ordusu beynəlxalq müqavilələr əsasında həyata keçirilən sülhməramlı missiyalar istisna olmaqla, respublikanın sərhədlərindən kənarda istifadə edilməməlidir. Baş nazir qeyd edib ki, bu gün paradda nümayiş etdirilən silahların alınması da məhz bu yanaşma sayəsində mümkün olub. “2022-ci ilə qədər xarici hərbi texnika və silah bazarları əsasən bağlı idi və ya Ermənistanın onlara çıxışı çətinləşdirilmişdi. Beynəlxalq tərəfdaşlar bizə silah verməkdən imtina edirdilər, çünki əmin idilər ki, Ermənistan həmin silahları beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda istifadə edəcək. Yalnız Praqada əldə olunan razılaşmalardan sonra, Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıdıqdan sonra beynəlxalq silah bazarı İrəvan üçün açıldı”, - deyə Ermənistan hökumətinin başçısı bildirib.
Paşinyan əlavə edib ki, bugünkü paradda 7 ölkədə (Rusiya, Hindistan, Fransa, İran, Çin) istehsal olunmuş silahlar nümayiş etdirilib. Onun sözlərinə görə, bu hərbi əməkdaşlığın coğrafiyası “Real Ermənistan” konsepsiyasına əsaslanan siyasətin nəticəsidir.
“Paradda həmçinin Ermənistanın özündə istehsal olunan texnika və silahlar da nümayiş etdirilir. Bu istehsal bu gün beynəlxalq bazarda öz yerini tutmaq üçün ilk, lakin inamlı addımlarını atır”, - deyə baş nazir vurğulayıb.
Paşinyanın sözlərinə görə, 2022-ci ildən etibarən Ermənistan hökuməti hərbi-sənaye kompleksinə təxminən 170 milyard dram sərmayə yatırıb.
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












