Yekaterinburq-Bakı istiqamətində uçuşların sayı artırılıb

Rusiyanın Yekaterinburq şəhərinin “Koltsovo” hava limanından Bakıya uçuşların sayı artırılıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə məlumatı “Koltsovo” hava limanı yayıb. Məlumata görə, sözügedən hava limanı yaz-yay cədvəlinə keçib: “Belə ki, bu cədvəl oktyabrın sonuna qədər davam edəcək”.
Qeyd edilib ki, yeni mövsümdə Yekaterinburqdan Gürcüstana və Azərbaycana uçuşların sayı artıb. Rusiyanın “Ural Hava Yolları” şirkəti Yekaterinburq-Bakı istiqamətində uçuşları həyata keçirir. Heydər Əliyev Beynəlxalq Hava Limanından “Report”a bildirilib ki, “Ural Hava Yolları” martın 31-dən həftənin çərşənbə axşamı, cümə axşamı və bazar günləri Yekaterinburqdan Bakıya uçuşlar həyata keçirir. Bundan əlavə, “İrAir” aviaşirkəti iyundan etibarən həftənin çərşənbə axşamı sözügedən istiqamətdə uçuşlar yerinə yetirəcək. “Koltsovo” aeroportunun məlumatına görə, Azərbaycanın paytaxtı Ural sakinləri arasında ən populyar turizm istiqamətlərindəndir. 2018-ci ildə bu istiqamətdə 24 min nəfər uçub.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












