Yeni avtomobil körpüləri inşa olunacaq - Sürücülərin NƏZƏRİNƏ - VİDEO

M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində magistral avtomobil yolunun əks hərəkət istiqamətində yerləşən avtomobil körpüsünün də söküntüsü işlərinə başlanılıb. Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, sözügedən körpünün, eləcə də magistral yolun hər iki hərəkət istiqaməti üzrə yan yollarda yerləşən körpülərin sökülərək yenidən inşa olunması barədə qərar aparılmış texniki müayinələrin nəticələrinə əsasən qəbul edilib. Layihə çərçivəsində mövcud körpülər sökülərək onların yerində müasir norma və standartların tələblərinə cavab verən yeni avtomobil körpüləri inşa olunacaq. Daha əvvəl Qobustan qəsəbəsi ərazisində inşa olunan yeni avtomobil körpüsünün tikintisinin başa çatdığı barədə məlumat verilmişdi.
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












