Yeni Bakı Limanında festival keçirilir

Bu gün Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında “Port Festival-2019” adlı tədbir keçirilir. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, festivalı giriş sözü ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov açıb.
O qeyd edib ki, Bakı limanı Xəzər dənizindəki ən böyük limanlardan biridir: “Hazırda liman Mərkəzi Avrasiya regionunda mühüm nəqliyyat və logistika qovşağına çevrilməkdə, dünyanın aparıcı limanları ilə faydalı iş birliyi qurmaqdadır. Bu gün burada “Port-festival”ın keçirilməsi ərazidə yaradılmış dünya standartlarına uyğun infrastruktur, görülən işlər, onun ətrafda yaşayan insanların sosial rifahına müsbət təsiri, yeni iş yerlərinin açılması və s. istiqamətdə həyata keçirilən tədbirlərlə ictimaiyyəti tanış etmək baxımından xüsusi əhəmiyyət kəsb edir”.
Xatırladaq ki, festivalda 5 mindən çox insanın iştirak etməsi nəzərdə tutulur. Tədbirə nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən dövlət və özəl şirkətləri Azərbaycanda akkreditə olunmuş diplomatlar, ictimaiyyət nümayəndələri qatılıblar. Liman əməkdaşları iştirakçılara ərazinin imkanlarını nümayiş etdirirlər.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












