Yeni enerji müqavilələri Azərbaycanın iqtisadi mövqeyinə necə təsir edəcək? - Ekspert AÇIQLADI

Azərbaycanın imzaladığı enerji və qaz sahəsindəki yeni sazişlər ölkənin iqtisadi və geosiyasi mövqeyinin daha da güclənəcəyinə dair gözləntiləri artırıb. Avtosfer.az xəbər verir ki, əldə olunan razılaşmalar arasında Abşeron qaz-kondensat yatağının ikinci mərhələsinin işlənməsi, Azərbaycan-Çıraq-Günəşli yatağında dərin qaz ehtiyatlarının hasilatı və Babək yatağının işlənməsinə dair layihələr xüsusi yer tutur. Bəs yeni qaz yataqları Azərbaycanın ixrac imkanlarını artıracaqmı?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, San-Marino çox kiçik ölkədir:

"Vatikan və Monako kimi şəhər-dövlətlərlə müqayisə oluna biləcək ölçüdədir. Ona görə də San-Marino ilə bağlı sualı bir qədər fərqli qiymətləndirmək lazımdır. Azərbaycanın son dövrdə imzaladığı enerji və qaz təchizatı sazişlərinə gəlincə, bu müqavilələr ölkəyə həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm üstünlüklər qazandıra bilər. İmzalanan sazişlərdən biri Abşeron qaz-kondensat yatağının ikinci mərhələsinin işlənməsi ilə bağlıdır. Birinci mərhələ artıq həyata keçirilir, ikinci mərhələyə isə ilin sonuna qədər başlanması planlaşdırılır. Layihə çərçivəsində hasil olunacaq qazın bir hissəsinin Türkiyəyə ixrac ediləcəyi, qalan hissəsinin isə Cənub Qaz Dəhlizi vasitəsilə xarici bazarlara və ya daxili bazara yönəldiləcəyi gözlənilir"
İqtisadçı qeyd edib ki, mühüm qərarlardan biri də BP şirkətinin Azərbaycan-Çıraq-Günəşli yatağında dərin qaz laylarının işlənməsi ilə bağlıdır:
"İlkin hesablamalara görə, burada təxminən 113 milyard kubmetr qaz ehtiyatı mövcuddur. Gələcək tədqiqatlar nəticəsində bu göstəricinin 150-160 milyard kubmetrə qədər artacağı ehtimal edilir. BP-nin Babək yatağının işlənməsinə başlaması ilə bağlı məlumatlar da enerji sektoru üçün müsbət hadisə kimi qiymətləndirilir. İlkin hesablamalara əsasən, yataqda təxminən 400 milyard kubmetr qaz və 80 milyon ton kondensat ehtiyatı mövcuddur. Həmçinin tranzit, enerji əməkdaşlığı və Xəzər dənizində yeni ehtiyatların kəşfiyyatı ilə bağlı bir sıra razılaşmalar əldə olunub. Bütün bu layihələrin həyata keçirilməsi Azərbaycanın enerji sektorunun inkişafına, ixrac imkanlarının genişlənməsinə və ölkənin beynəlxalq enerji bazarındakı mövqeyinin daha da güclənməsinə xidmət edəcək".
Fatimə Dadaşova
Orta Dəhlizdə yeni layihə: Azərbaycanın mövqeyi daha da möhkəmlənir
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Jurnalist-ekspert SSRİ bayrağı ilə yürüşə görə həbs edildi - FOTO
On il əvvəl Ərdoğana edilən sui-qəsd cəhdi ilə bağlı daha bir nəfər yaxalanıb
Paşinyan yenidən Ermənistanın baş naziri oldu - YENİLƏNİB - VİDEO
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Gedişhaqqı artırılır? – YENİ QƏRAR QƏBUL EDİLDİ
Bakıda binanın altından metroya keçid inşa edilir? - VİDEO
Notarius məhkəmə zalında QANDALLANDI
Xəzərin dibindən kommunikasiya və nəqliyyat xətləri çəkiləcək - POLİTOLOQ
Bu yollar 2 gün bağlı olacaq










