Yeni ildən metroda gediş haqqı qaldırılacaq? - AÇIQLANDI

"Bakı Metropoliteni” QSC 2024-cü ili 139,616 milyon manat zərərlə başa vurub ki, bu da 2023-cü ilə nisbətən 81,6% artım deməkdir və metronun maliyyə vəziyyətinin pisləşdiyini göstərir. Bu vəziyyət əksər vətəndaşlarda yeni ildən gedişhaqqının artırılacağına dair suallar doğurub.
Mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, zərərin əsas səbəbi son illər metrodan istifadə edən sərnişinlərin sayının əhəmiyyətli dərəcədə artmasıdır:
“Artan sərnişin axını infrastrukturun yüklənməsini, qatarların daha tez-tez xəttə buraxılmasını, enerji sərfiyyatının, texniki xidmət və təmir xərclərinin yüksəlməsini zəruri edir. Bu gün bir sərnişinin daşınması əvvəlki illərlə müqayisədə metropoliten üçün daha baha başa gəlir. Yaranan bu fərq, real daşınma xərcləri ilə mövcud tarif arasındakı boşluq - dövlət tərəfindən subsidiya olunur. Başqa sözlə, sərnişinlərin metrodan əlçatan və sosial baxımdan münasib qiymətlə istifadə edə bilməsi üçün hökumət bu xərclərin müəyyən hissəsini öz üzərinə götürür. Mövcud vəziyyəti və dövlətin subsidiyalaşdırma siyasətini nəzərə alaraq, yaxın perspektivdə metroda gedişhaqqının artırılması gözlənilmir”./redaktor.az
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












