Yeni ödənişli yolla bağlı vəziyyət nə yerdədir?

Azərbaycanda yeni ödənişli yolla bağlı görülən işlər açıqlanıb. Avtosfer.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri İdarəsinin rəisi Əflatun Qasımov Trend-ə müsahibəsində xatırladıb ki, 2018-ci il sentyabrın 18-də Prezident İlham Əliyevin iştirakı ilə tikintisi başa çatan, Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsini təşkil edən, uzunluğu 202 km olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılış mərasimi keçirilib.
Ə.Qasımov bildirib ki, hazırda Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun 31-201 kilometrlik hissəsinin ödənişli əsasa keçirilməsi üçün müvafiq işlər görülür.
O vurğulayıb ki, yolun tikintisi bu bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına gətirib çıxaracaq.
Bundan əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov demişdi ki, Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolu 2019-cu ildən ödənişli ola bilər: "Yollarda ödəniş üçün turniketlər artıq Cənubi Koreyadan sifariş verilib. Yaxın günlərdə həmin turniketlərin gətirilərək yolda quraşdırılmasına başlanacaq. Turniketlər quraşdırılandan sonra yol ödənişli olacaq. 2019-cu ildən yolun ödənişli olması nəzərdə tutulur".
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










