Yeni piyada keçidi tikilir - VİDEO

Piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində daha bir yerüstü keçid inşa edilir. Bakı-Şamaxı avtomobil yolunun Hökməli dairəsi yaxınlığında tikilən keçid yaxın günlərdə piyadaların istifadəsinə veriləcək. Bundan başqa yaxın vaxtlarda paytaxtın daha 5 ərazisində də piyada keçidinin tikintisinə başlanacaq. Qəzalar çox olan daha bir yolda yerüstü piyada keçidi tikilir. Söhbət Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də, Hökməli dairəsinin yaxınlığındakı piyada keçidindən gedir. Avtomobil yolları Dövlət Agentliyinin əməkdaşları bir neçə gündür ki, keçidin tikintisinə start veriblər. Xırdalan şəhəri və Hökməli qəsəbəsini birləşdirən keçidin inşası ətrafda yaşanaların ürəynicədir. Sakinlər deyir ki, sözügedən yolda xüsusən də günün qaranlıq vaxtında piyada vurulması halları tez-tez olur. Baxmayaraq ki, yolda piyada zolağı da var.
Qeyd edək ki, piyada keçidi metal və dəmir-beton konstruksiyalı olmaqla avtonəqliyyat vasitələrinin və piyadaların ən çox intensiv hərəkət etdiyi ərazidə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir. Dəmir-beton özül dayaqları üzərində qurulan metal konstruksiyalı piyada keçidi 1 aşırımlı və üstü açıqdır. Keçidin eni 3 metr, yol səthindən hündürlüyü 5 metrdən çoxdur. Avtomobil yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Xəzər Xəbərə bildirdi ki, bundan başqa paytaxt ərazisində daha 5 yerdə yeni piyada keçidlərinin inşası nəzərdə tutulur. Bunlar Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində, Xətai rayonu- Neapol küçəsində,Zığ dairəsinin yaxınlığında, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsində və Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Qaradağ rayonu ərazisindədir ki, burda da yaxın vaxtlarda işlərə start veriləcək.
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










