Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO

Paytaxtın Ağa Nemətulla küçəsi, 34 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının mərtəbə sayı ilə bağlı suallar yaranıb.
Avtosfer.az xəbər verir ki, memar Elçin Əliyev sözügedən tikinti ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, binanın üzərində yerləşdirilən məlumat lövhəsində tikilinin 16 mərtəbəli olacağının qeyd edildiyini, lakin binanın yuxarı hissəsində əlavə istifadə olunan sahələrin ola biləcəyini bildirib.
Memarın sözlərinə görə, ərazidə aparılan tikintinin mövcud şəhər mühitinə uyğunluğu ilə bağlı da müzakirələr aparmaq mümkündür. O, xüsusilə binanın hündürlüyü və yuxarı hissəsindəki konstruksiyaların layihədə necə nəzərdə tutulduğunun aydınlaşdırılmasının vacib olduğunu vurğulayıb.
Binanın vizual görünüşündə 16 mərtəbədən əlavə, hündürlüyü təxminən iki mərtəbəyə bərabər olan iri həcmli konstruksiya diqqət çəkir. Həmin hissənin funksional təyinatı və ümumi mərtəbə hesablamasına daxil olub-olmaması ictimaiyyət üçün aydınlaşdırılmalıdır.
“Tikintinin qarşısındakı məlumat lövhəsində binanın 16 mərtəbəli olacağı göstərilir. Lakin yuxarı hissədəki iri yaşıl həcm və onun altındakı mansard tipli hissə əlavə səviyyələrin olub-olmaması ilə bağlı sual yaradır. Bu hissələrin layihədə necə nəzərdə tutulduğunu və mərtəbə sayına daxil edilib-edilmədiyini bilmək maraqlı olardı”, – deyə memar qeyd edib.
Memar binanın yuxarı hissəsində yerləşən böyük tağvari pəncərəyə də diqqət çəkib. Həmin hissənin hündürlüyü adi mərtəbələrdən xeyli böyükdür və burada əlavə istifadə olunan sahənin yaradılıb-yaradılmadığı layihə sənədləri əsasında dəqiqləşdirilməlidir.
Belə hallarda tikilinin faktiki vəziyyəti ilə layihə sənədlərinin uyğunluğu şəffaf şəkildə izah edilməlidir. Xüsusilə çoxmərtəbəli binalarda mərtəbə sayı, ümumi hündürlük və dam konstruksiyalarının funksional təyinatı ilə bağlı məlumatların aydın olması vacibdir.
Memar həmçinin şəhərsalma və memarlıq baxımından bu cür iri həcmli tikililərin ətraf mühitə təsirinin də nəzərə alınmasının vacibliyini vurğulayıb.
O, tikinti başa çatdıqdan sonra binanın faktiki görünüşünün və mərtəbə quruluşunun daha aydın şəkildə qiymətləndirilə biləcəyini bildirib.
Eltac Zülfüqaroğlu
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
















