Yeni yayılan virus ölümə gətirib çıxara bilər - Həkimdən XƏBƏRDARLIQ

Son günlər Çində yayılan yeni virus xəbərləri dünyada olduğu kimi Azərbaycanda da narahatlıq yaradıb. Çünki ölkəmizdə də böyüklər və kiçiklər arasında xəstəliklər yayılıb. Onlar ürəkbulanma, qızdırma, qarınağrısı, halsızlıq kimi hallardan şikayət edirlər.
Tibb elmləri doktoru, professor Adil Qeybulla açıqlamada bu virusun yeni olmadığını və "İnsan Metapnevmovirusu" adlanan infeksiya qrupuna aid olduğunu bildirdi:
"Çində yeni yayılan virus yeni deyil. Bu, soyuqdəymə xəstəlikləri qrupuna aiddir və xüsusilə də ağırlaşmaya və ağır gedişə meyllidir. Bu da yuxarı tənəffüs yollarının iltihabı ilə başlayır. Burun tutulması, boğaz ağrısı, hərarət, titrəmə və sonra getdikcə ağırlaşır. Ağciyərlərin pnevmoniyasına, nəfəs, tənəfüs çatışmazlığı, ölümə gətirib çıxara bilər. Xəstəlik çox ağır gedişə malikdir. Bu gün uşaqlar arasında bu infeksiyanın geniş yayılması bu cür şübhələrə əsas verir ki, bizdə də bunun olması realdır. Çünki Çinin Azərbaycan, eləcə də bütün dünya ilə ticarət əlaqələri var. İnfeksiyanın da çox vaxt ordan yayılmasını biz müşahidə edirik. Amma bununla bağlı ortada rəsmi bir rəy yoxdur. Biz sadəcə klinik gedişə görə bu cür şübhələnirik. Amma ondan başqa "Omicron" ştammının mutasiya variantları davam edir. Hər il olduğu kimi ölkədə qrip, viruslar var".
Professor pandemiya dövründə insanların karantin qaydalarına etinasız yanaşmasının yoluxma sayını artırdığına diqqət çəkərək, bu təcrübədən dərs çıxarmağın vacibliyini qeyd etdi.
"İnsanlar karantin qaydalarına əməl etməlidirlər və yenə də təəssüflər olsun ki, bizim camaat buna həmişə lağla və etinasız yanaşır. Pandemiya vaxtı biz bunu gördük. Bu da yoluxmaların sayını artırır. Yoluxmalar zamanı virus yükünü artırır və biz onun-bunun resepti, məsləhəti ilə hərəkət etməməliyik. Həkim məsləhəti ilə ancaq hərəkət etməliyik. Yataq rejimində olmalıyıq. Xəstələndiyimiz zaman çoxlu maye qəbul etməliyik. İntoksikasiyanın qarşısını almaq üçün düşünmək lazımdır və mümkün qədər xəstəlikdən ağırlaşmadan, az itkilərlə çıxmaq haqqında düşünsünlər", - deyə A.Qeybulla yekunlaşdırdı.
(redaktor.az)
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Günəşdə ikinci güclü partlayış olub
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ! - Sabahdan…
Sumqayıtdakı bu marşrut avtobuslarından da narazılıq artıb - FOTO
Yeni enerji müqavilələri Azərbaycanın iqtisadi mövqeyinə necə təsir edəcək? - Ekspert AÇIQLADI
Ermənistan seçkiləri sülh prosesinə necə təsir edəcək?- AÇIQLAMA
Bakı–Tbilisi–Qars dəmir yolunun yükdaşıma gücü 5 dəfə artırıldı – ADY sədri
Taksi sürücüsü və sərnişin arasında məbləğlə bağlı problem niyə yaranır? – Ekspert AÇIQLADI - VİDEO
Bakıda taksi parkları satışa çıxarılır - Nə baş verir?
Prezident tapşırıq verib: Azərbaycanın rayonlarında köklü dəyişiklik əsasən bu sahələrdə olacaq — RƏSMİLƏR DANIŞIR








