“Yeni yolun 170 km-lik hissəsi ödənişli olacaq” - Saleh Məmmədov

"2018-ci ilin sentyabr ayının 18-də cənab Prezidentin iştirakı ilə tikintisi başa çatan və uzunluğu 202 km olan Ələt-Astara-İran İslam Respublikası ilə Dövlət sərhədi avtomobil yolunun açılış mərasimi keçirilib". Avtosfer.az xəbər verir ki, bunu Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov qurumun 2018-ci ilin yekunlarına və 2019-cu il qarşıda duran vəzifələrin icrasına həsr olunan kollegiya iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, magistral yol Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir və yolun tikintisi bu bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərəcək. "Hazırda yeni magistral avtomobil yolunun 170 km-lik hissəsinin ödənişli olması ilə bağlı müvafiq işlər həyata keçirilir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin digər hissəsini təşkil edən və 2017-ci ilin sonunda prezident İlham Əliyevin təməlini qoyduğu Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 92 km hissəsinin 2018-ci ildə tikintisinə başlanıldı. Hazırda magistral yolun uzunluğu 29,9 km olan hissəsində işlər sürətlə davam edir. Yeni yolun 7,5 km hissəsində asfalt-beton örtüyün üst layı istisna olmaqla bütün işlər artıq başa çatıb".
Emin
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI - FOTOLAR
Donald Trampa edilən sui-qəsd cəhdi hansı mesajı daşıyırdı? - AÇIQLAMA
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq














