Yenilik: Kredit faizləri aşağı düşəcək - VİDEO

Banklar vətəndaşlara yüksək faizlə kredit verə bilməyəcək. Bununla bağlı ''Banklar haqqında'' qanuna dəyişikliyin edilməsi təklif olunur. Təklif qəbul edilsə, kredit faizini və digər xərclərin həddini dövlət qurumu müəyyənləşdirəcək.
Avtosfer.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, Azərbaycanda kredit faizlərini və bankların vətəndaşlardan aldığı bütün digər xərclərin yuxarı həddini dövlət qurumu müəyyənləşdirəcək. Bu, "Banklar haqqında" qanuna ediləcək dəyişikliklə mümkün olacaq. Artıq dəyişiklik layihəsi Milli Məclisə təqdim edilib.
Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Rüfət Quliyevin sözlərinə görə, ölkəmizdə bəzi banklar hətta 36 %-lə kredit verir ki, bunun da geri qaytarılmasında əksər hallarda ciddi problemlər yaranır. Nəticədə isə problemli kredit ölkə iqtisadiyyatına ziyan vurur.
Rüfət Quliyev ehtimal edir ki, ölkəmizdə kredit faizinin minimum məbləği 18, maksimum məbləği isə 22-24 % olacaq. Yəni kredit faizləri aşağı düşəcək.
Qeyd edək ki, qanun layihəsi Milli Məclisin 9 apreldə keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












