Yevlaxda baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Yevlax rayonunda 2 nəfərin ölümü, 21 nəfərin yaralanmasına səbəb olan yol qəzası ilə bağlı cinayət işi başlanılıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hərəkətdə olan 10-VX-514 dövlət nömrə nişanlı "Mercedes" markalı mikroavtobusun təkərlərindən biri partlayıb və nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarına aşıb. İlkin ehtimallara görə, təkərin partlamasına, nəqliyyat vasitəsində sərnişinlərin sayının nəzərdə tutulduğundan daha artıq olması və buna görə də ağırlığa tab gətirməməsi səbəb olub. Hadisə zamanı 2 nəfər ölüb, 21 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzada mikroavtobusun sürücüsü, 1960-cı il təvəllüdlü Şərifov Qəmbər Xudaverdi oğlu ağır xəsarət alıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (nəqliyyat ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












