Yevlaxda həmyerlisini güllələyən şəxs saxlanılıb

Yevlax rayonunda həmyerlisini güllələyərək ağır yaralayan şəxs saxlanılıb.
Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, fevralın 25-də gecə saatlarında Yevlax rayonu ərazisindən Rəşid Həsənovun güllə yarası xəsarəti ilə Mərkəzi Xəstəxanaya gətirilməsi barəsində Yevlax Rayon Polis Şöbəsinə məlumat verilib.
Məlumatla əlaqədar Yevlax RPŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsə pnevmatik tapança ilə xəsarət yetirməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Tural Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. T. Məmmədov dindirilmə zamanı aralarında baş vermiş münaqişə zəminində R. Həsənovun sol ayağına atəş açaraq xəsarət yetirdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












