Yevlaxda narkotik vasitə satan şəxslər saxlanılıb

Yevlaxda narkotik satan şəxslər saxlanılıb. Bu barədə DİN-nin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a məlumat verilib. Bildirilib ki, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini Gəray Xəlilovdan 0.712 qram heroin aşkar edilərək götürülüb. Aparılan araşdırmalarla G. Xəlilova narkotiki satmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Zaur Daşdəmirov saxlanılıb.
Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Eyvaz Göyüşovdan 0.324 qram heroin aşkar edilərək götürülüb. E. Göyüşovun ətrafında davam etdirilən araşdırmalarla narkotiki əldə etdiyi mənbə də müəyyən edilib. Belə ki, rayon sakini, əvvəllər məhkum olunmuş Rüstəm Babayev saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə şəxsi baxış keçirilən zaman 5 ədəd tramadol həbləri də aşkar edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












