Yevlaxda oğurluq edən şəxslər saxlanılıb

Yevlax rayonunda oğurluq edən şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a bildirilib.
Məlumata görə, martın 16-da Yevlax rayon sakini olan bir qadın rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq olduğu barədə məlumat verib. Bununla əlaqədar polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, rayon sakini Rəşad Sadıxov saxlanılıb. Araşdırmalarla onun 3300 manat dəyərində məişət əşyaları oğurladığı müəyyən edilib.
Yevlax rayon Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Xaldan qəsəbəsi ərazisində “Mingəçevir Regional Elektrik Şəbəkəsi” MMC-nin balansında olan və hazırda istismar olunmayan hava xəttinin 7 dayağının metal künclüklərini, habelə 2 dayağı bütövlükdə sökərək oğurlamaqda şübhəli bilinən, qəsəbə sakini Elman Yunusov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












