Yol infrastrukturuna 1,7 milyard manatdan çox vəsait xərclənib

2018-ci ildə avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri və saxlanılmasına dövlət zəmanəti ilə alınan məqsədli xarici kreditlər də daxil olmaqla 1710,8 milyon manat vəsait yönəldilib. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
“Avtomobil Yolları” Məqsədli Büdcə Fondundan ümumi istifadədə olan və Bakı şəhər yollarının və yol qurğularının saxlanılması və təmirinə 372 milyon manat, daxili investisiya vəsaiti hesabından 975,4 milyon manat, dövlət zəmanəti ilə alınmış kreditlər hesabına həyata keçirilən layihələrlə bağlı xarici maliyyə qurumlarının ayırdığı kredit vəsaitlərindən 299,6 milyon manat, bu layihələrin icrasına Azərbaycan Hökumətinin payından isə 63,7 milyon manat vəsait istifadə olunub.
Hesabat ili ərzində Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən respublikanın 54 rayonunda, həmçinin Bakı və Sumqayıt şəhərində 90 layihə başa çatdırılıb. Respublika üzrə 500 yaşayış məntəqəsini əhatə edən 1300,0 km uzunluğunda yollar tikilərək istismara verilib. O cümlədən 10 respublika əhəmiyyətli, 64 kəndlərarası, 11 Bakı şəhərinin qəsəbələrarası və 2 ümumşəhər əhəmiyyətli avtomobil yolu layihələri, 2 körpü və 1 avtomobil yolu tunelinin tikintisi başa çatdırılıb.
İl ərzində digər layihələr də daxil olmaqla ümumilikdə 2042,3 km, o cümlədən 517,6 km respublika, 1369,7 km yerli əhəmiyyətli və 155 km Bakı şəhər yolları yenidən qurulub, 32 körpü, 25 yol ötürücüsü, 4 tunel tikilib, 10 körpü isə təmir edilib. Bu layihələrin həyata keçirilməsi nəticəsində 920 yaşayış məntəqəsində yaşayan 2,2 milyon nəfər əhalinin 2042,3 km uzunluğunda rahat avtomobil yollarından istifadəsi təmin edilib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












