Yol kənarlarında yerləşən taxıl sahələrində yanğın ola bilər - VİDEO

Yol kənarlarında yerləşən arpa sahələri hər an təhlükə ilə üz-üzədir. Həm havaların isti keçməsi, həm də kənar müdaxilələr hesabına sahələrdə yanğın baş verməsi riski mövcuddur. Bununla da fermerin aylarla çəkdiyi əziyyət hədər gedə bilər. Hazırda bölgələrdə biçin davam etdirilir. Bəzi fermerlərin sahələri yol kənarlarında yerləşir. Bu isə həmin sahələri təhlükə qarşısında qoyur. Çünki sahəyə atıla biləcək adi siqaret kötüyü yanğına səbəb ola bilər. Bunun qarşısını almaq üçün isə qabaqlayıcı tədbirlər görülməlidir. Məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat katibi Vüqar Hüseynov deyir ki, əvvəlki illərlə müqayisədə arpa sahələrində yanğınların sayı azalıb. O da təsdiq edir ki, yanğın hadisələri daha çox yol kənarında yerləşən ərazilərdə baş verir. Nazirlik rəsmisinin sözlərinə görə, yanğının qarşısını almaq üçün aidiyyəti qurumlar tərəfindən maarifləndirici tədbirlər həyata keçirilir, fermerlərə tövsiyələr verilir. Bu məqsədlə təsərrüfat sahibləri müxtəlif qabaqlayıcı tədbirlər həyata keçirməlidirlər. Fermelər isə hesab edir ki, sözügedən problemə müvafiq qurumlar nəzarət etməlidir. Vüqar Hüseynov isə deyir ki, əkin sahələrinin təhlükəsizliyi, ilk növbədə fermerlətin özü üçün maraqlı olmalıdır. Nazirlik bununla bağlı mütəmadi olaraq fermerlərə tövsiyələr verir. Tövsiyələrə əməl edilməsi isə onların özündən asılıdır.
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










